08 yanvar 2022 17:40
885

Mişel Uelbekin yeni romanı çap olunub

Tanınmış fransız yazıçısı Mişel Uelbekin yeni kitabı çapdan çıxıb.

"İki sahil" "Euronews"a istinadən xəbər verir ki, "Məhv etmək" adlanan roman 300 min tirajla nəşr edilib.

Hər zaman kəskin, təşfiqedici mövzuları ilə oxucuları heyrətləndirən yazıçı yeni əsərində də köhnə üslubuna sadiqdir.

Qonkur mükafatının laureatı olan yazıçı müasir fransız ədəbiyyatının ən parlaq romançılarındandır. O, "Elementar hissəciklər", "Xəritə və ərazilər" və başqa əsərlərin müəllifidir.