Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) Maksim Qalkinin "Лучше всех!" şousunun qonağı olub.
“İki sahil” xəbər verir ki, proqramda bu dəfə 9 yaşlı boksçu Harin Rostislava dəstək olunub. O, efirdə "Ты беспощадна" mahnısını oxuyub. Jony efir zamanı ona dəstək olub.
Maksim Qalkin isə müğənniyə proqramda sürpriz edib. O, Jony-nin "Лучше всех!" mükafatını qazandığını bildirib. Qalkin Jony-yə medal təqdim edib.
Qeyd edək ki, bu Jony-nin Qalkinin verilişinə ilk gılişi deyil. O, bundan əvvəl şouya qatılan və barabanda onun mahnısını ifa edən Miron trifonovaya dəstək olmuşdu.