Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.
Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Hərbi Prokurorluq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib