19 fevral 2022 18:37
597

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 14 min 215 test nəticəsində məlum olub ki, 3 min 690 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 771 min 709-a yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 29 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 211 nəfər təşkil edib.

Daha 6 min 963 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 727 min 828-ə yüksəlib.