Martın 3-d hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Vüsal Vüqar oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, V. Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Hərbi Prokurorluq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib