Lənkəran Regional Mədəniyyət İdarəsi rayonda yerləşən "N" saylı hərbi hissədə Novruz şənliyi təşkil edibdir. Belə ki, Vətəninin keşiyində duran hərbiçilərə bayram süfrəsi açılıb, əsgərlərə ürək dolu sevinc yaşaması üçün mahnılar ifa olunub, rəqslər oynanılıb. Xoş ovqatlı Novruz şənliyi incəsənət ustalarının iştirakı ilə vətənpərvərlik mahnıların sədaları altında 3-4 saat çəkibdir.
Əsgər və zabitlərin gözəl təəssüratla ayrıldığı şənlikdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, şəhər Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Hərbi Prokurorluq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib