SOCAR “Ümid” yatağının əsas iqtisadi göstəriciləri ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, Azərbaycanın müstəqilliyi dövründə SOCAR-ın geoloqları tərəfindən kəşf edilmiş ilk yataq olan “Ümid” qaz və kondensat yatağından 1 mart 2022-ci il tarixinə kimi 5,4 milyard m3 təbii qaz və 856,1 min ton kondensat hasil edilib.
Qeyd edək ki, 2012-ci ildən istismar olunan yatağın təsdiqlənmiş ehtiyyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensatdır.