Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda maraqlı olduğu barədə məlumat yayılıb.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən “İki sahil”ə bildirilib ki, yayılmış məlumat həqiqəti əks etdirmir.