15 aprel 2022 09:53
1488

Türkiyə səfirliyi Azərbaycana gələn türkiyəlilərə müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkə vətəndaşlarına müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviterdə paylaşım edilib.

Qeyd edilib ki, Azərbaycana gələn Türkiyə vətəndaşlarının COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv edilib.

Qeyd olunub ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı bu gündən, aprelin 15-dən etibarən qüvvəyə minib.