21 aprel 2022 17:10
965

Şəhid Rəşad Zeynallıdan bəhs edən "Rəşadətli ömür" filminin təqdimat mərasimi keçirilib - FOTO

Bu gün 60 nömrəli orta məktəbin məzunu, Texniki Universitetin tələbəsi olmuş şəhid Rəşad Zeynallıdan bəhs edən "Rəşadətli ömür" filminin təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, şəhidin valideyinləri, bacıları, dostları, məktəb yoldaşları, 60 nömrəli məktəbin kollektivi iştirak ediblər.

Filmin təqdimat mərasimində qeyd olunub ki, Rəşad könüllü olaraq döyüşlərə qatılıb, Cəbrayıl və Qubadlının azad olunmasına görə medallarla təltif olunub.

Müəllimlərinin, dostlarının sözlərinə görə, yüksək mədəniyyət, qabiliyyət sahibi, təvazökar, ədalətsevər gənc olub.

Sonra şəhidin təhsil aldığı, Yasamal rayonu ərazisində yerləşən 60 nömrəli məktəbdə barelyefinin açılışı da təşkil olundu.

Vurğulanıb ki, Rəşad hazırda burada təhsil alan məktəblilər üçün nümunə, qəhrəmanlıq etalonudur.

Allah bütün şəhidlərimizə rəhmət etsin.