Azərbaycanda son sutkada koronavirus (COVID-19) 4 min 363 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 478, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 230, “buster” doza ilə peyvənd olunanların sayı 3 min 346, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 309 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 623 min 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 337 min 184, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 838 min 229 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 210 min 6, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 min 300 nəfərdir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib