Ukraynanın Mariupol şəhəri yaxınlığında, “Vinoqradnoe” kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.
“İki sahil” xəbər verir ki, Orada təqribən 1000 dinc sakinin basdırıldığı ehtimal edilir.
Bunu “Planet”in peyk görüntüləri sübut edir. Aprelin 20-nə aid fotoşəkillərdə kütləvi məzarlığın ölçüsü 45x25 metrdir.
İşğal altında olan qəsəbənin özü Mariupoldan 5-6 kilometr aralıda yerləşir.