24 aprel 2022 00:01
705

YAP Biləsuvar rayon təşkilatında bir qrup ərazi partiya təşkilatının sədr müavinləri ilə seminar keçirilib FOTO

Aprel ayının 23-də Yeni Azərbaycan  Partiyası Biləsuvar rayon təşkilatının  ərazi partiya təşkilatlarından bir qrupunun sədr müavinlərinin iştirakı ilə seminar keçirildi. Seminarda YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon təşkilatı aparatının əməkdaşları və 30 ərazi partiya təşkilatının sədr müavinləri iştirak edirdilər. Kamil Qurbanlı partiyanın yeni Nizamnaməsinin və Əsasnaməsinin  tələblərindən irəli gələn bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırdı.

Ərazi partiya təşkilatlarının rüblük hesabatlarını təqdim etmələri ilə  bağlı işlənib hazırlanmış xüsusi forma seminar iştirakçılarına təqdim edildi. Rayon partiya təşkilatının sədri  partiyanın yerli təşkilatlarının Əsasnaməsinin tələblərinə uyğun olaraq hazırlanmış hesabat nümunəsinin rüblər üzrə işlənib  Rayon təşkilatının aparatına təqdim olunması ilə bağlı tövsiyyə və tapşırıqlarını verdi.

Seminarda iştirakçıların diqqətinə çatdırılan ikinci məsələ  mətbuatda və sosial şəbəkələrdə partiya üzvlərinin aktiv fəaliyyətinin təmin olunmasından ötrü görülməli olan işlərlə bağlı idi. Kamil Qurbanlı dünyada, ölkəmizdə və partiyanın həyatında baş verən yeniliklərlə bağlı mütəmadi olaraq analtik yazıların hazırlanmasının, təhlillərin aparılmasının və nəticələrin analizinin əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırdı. Tədbir iştirakçıları ilə fəal fikir mübadiləsi şəraitində aparılan keçirilən seminarda bir sıra digər zəruri məsələlərdə vurğulandı. İştirakçılardan Rəşadət Əsgərov, Elnur Hüseyinli, Mirhənifə Mirsultanov və digərləri seminarda müzakirə olunan məsələ ilə bağlı öz fikir və təkliflərini bildirdilər.Seminarın yekunu olaraq görüləcək işlər və həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıqlar verildi.  Ərazi partiya təşkilatı sədr müavinlərinin digər qrupu ilə seminar  növbəti həftə keçiriləcəkdir.

Seminarın yekununda iştirakçılarla xatirə şəkli çəkdirildi.