24 aprel 2022 16:34
878

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 3 min 869 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227, “buster” doza ilə peyvənd olunanların sayı 2 min 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 269 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 627 min 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 337 min 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 838 min 456 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 212 min 960, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 min 569 nəfərdir.