Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin birinci kurs tələbəsi Qulamov Fərid Fuad oğlu ilə görüşüb.
Gəncə İH-dən “İki sahil”ə verilən məlumata görə, Fərid Qulamov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində Gəncə şəhərini təmsil edəcək.
Niyazi Bayramov Fərid Qulamovla söhbət edərək, onun təhsili ilə maraqlanıb, ona gələcək yaradıcılıq fəlaiyyətində uğurlar arzulayıb.
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsinin zona birincisi olan Fərid Qulamov sabah Bakıya yola düşəcək.
Qeyd edək ki, Fərid Qulamov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində ikinci yerə layiq görülüb. O, Gəncə şəhərində təşkil olunan bir çox mədəni-kütləvi tədbirlərdə də uğurla çıxış edir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib (video, foto) VİDEO