Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı aprelin 22-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyevin möhtəşəm çıxışı ilə bağlı ərazi partiya təşkilatlarında yığıncaqlar keçirməyə başlayıb.
Aprelin 25-də Daşkəsən Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxs ərazi partiya təşkilatında yığıncaq keçirilıb.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının məsul şəxsləri Sərdar Xıdırov, Elşən Alıyev və ərazi partiya təşkilatının sədri Mirzəkərim Tağıyev çıxış edərək 22 aprel 2022-ci il tarixində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının düşmən üzərində tarixi Qələbəmizin növbəti təntənəsi olduğunu bildiriiblər.
Digər YAP üzvləri də tədbirdə çıxış edərək bu məsələ ilə bağlı keçirdikləri sevinc hislərindən və tarixi torpağımız olan Şuşanın dünya azərbaycanlılarının görüş yerinə çevrilməsindən söhbət açıblar. Onlar əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə dünya azərbaycanlıları bundan sonra da birlik və həmrəylik nümayiş etdirəcəklər.
Tədbirin sonunda bir qrup gənc YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib. Digər bir qrup gəncə isə partiyanın üzvlük vəsiqəsi təqdim olunub.
Cavid Əkbərov, «İki sahil»
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib (video, foto) VİDEO