“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
“İki sahil” xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Salyan rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137 (Mərkəzi Kitabxana) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Aprelin 27-si saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.