Aprel ayının 25-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında Zəfər Qurultayının iştirakçısı, Ukrayna Respublikasının Krivoy-Roq şəhərində fəaliyyət göstərən Azərbaycanlı icmasının sədri, Ukrayna Azərbaycanlıları Diasporası təşkilatının İdarə Heyətinin üzvü Kəmaləddin Ağayevlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilat aparatının əməkdaşları və rayonda fəaliyyət göstərən gənclər təşkilatlarını təmsil edən partiyanın bir qrup gənc üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri qonaqı tədbir iştirakçılarına təqdim edib. Biləsuvar rayonunda doğulub boya başa çatmış, ali hərbi təhsil almış, uzun illərdir Ukraynanın Krivoy-Roq şəhərində yaşayan və hazırda biznes fəaliyyəti ilə məşğul olan Kəmaləddin Ağayevin keçdiyi həyat yolu barədə ətraflı məlumat tədbir iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Kəmaləddin Ağayev rəhbəri olduğu diaspora təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilən V Qurultayına dəvət alması, oradakı iştirakı və onda yaranmış təəsüratlar barədə danışıb. Məhz "Şuşa ili"ndə və Şuşa şəhərində Qurultayın baş tutmasını Müzəffər Ali Baş Komandanın və bütövlükdə Azərbaycan xalqının tarixi naliyyəti olduğunu bildirib. Natiqin maraqlı təəsüratlarla zəngin olan çıxışı iclas iştirakçılarının dialoqu ilə davam etdirilib. Yekunda YAP rayon təşkilatının sədri Kamil Qurbanlı qonaqa tədbirdəki iştirakına görə təşəkkürünü bildirib.
Tədbirin sonunda qonaqla xatirə şəkli çəkdirilib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib (video, foto) VİDEO