“Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, ümumiyyətlə, dəyişikliklərin hamısı pozitiv dəyişikliklərdir: “Qanuna dəyişikliklər vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradan dəyişikliklərdir”.
Azərbaycan Ordusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Hərbi Prokurorluq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirib