05 may 2022 15:53
1206

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın heykəlinin açılışı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

"Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlinin açılış mərasimi olub”, - səfirliyin məlumatında vurğulanıb.