21 may 2022 10:23
659

Vətəndaşlar ölkə rəhbərinin yürütdüyü siyasəti bəyənirlər

 Lerik rayonunun Hamarmeşə kəndində  İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin vətəndaşlarla keçirdiyi növbəti  səyyar-qəbul görüşü hər iki tərəfi razı saldı. Görüşdə Milli Məclisin deputatı İqbal Məmmədov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Tədbirə gələnlər ərazidə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılan, indi hər bir kənd sakininin and  yerinə dönən “Zəfər” abidə kompleksini ziyarət edərək şəhidlərə dərin  ehtiramlarını  bildirdilər.

Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev dövlət  başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə  ölkə vətəndaşların rifah halının yüksəlməsini  bildirərək, son illərdə dağlar diyarında , o cümlədən  Hamarmeşə kəndinin daxil olduğu Vizəzəmin ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş danışdı.

Ölkə rəhbərliyin xalqın rifahı naminə yürütdüyü siyasətdən  məmnun qalan  kənd sakinləri yaxşı işlərlə bərabər, yaşayış məntəqəsində olan bir sıra problemləri də göstərdilər.   İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan bütün müraciətləri həssaslıqla dinlədi, onların həlli istiqamətində aidiyyəti üzrə vəzifəli şəxslərə yerində göstəriş və tapşırıqlar verdi.

 Zəfər Orucoğlu,

Azərbaycan  Jurnalistlər  Birliyinin üzvü