Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının qərargahında Milli Məclisin deputatı Elnur Allahverdiyev seçicilərlə növbəti görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları problemlər dinlənilib.
Qeyd olunub ki, qarşıdakı aylarda "Sovetski" kimi tanıdığımız ərazidə yeni tikinti işlərinin aparılması ehtimalı ətrafında ictimai rəydə, sakinlər arasında müzakirələr getdiyindən bu məsələ hər zamankı kimi aktuallığını saxlayıb və seçiciləri də maraqlandırır.
Vətəndaşlar əsasən işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.