25 may 2022 19:57
800

Samuxda 28- May Müstəqillik Günü ilə bağlı bilik yarışı keçirilib FOTO

28 May Müstəqillik Günü ilə əlaqədar YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin, Samux Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 25 may 2022-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında  bilik yarışı keçirildi. Bilik yarışmasının sualları orta məktəbin “Azərbaycan tarixi” fənni proqramına uyğun olaraq hazırlanmışdır.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov ilk öncə  tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibətilə təbrik etdi. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və  Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. 

Sonra Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini  və ölkəmizin dinamik inkişaf etdiyini söylədi. O, Azərbaycanın daha parlaq sabahına böyük inamını ifadə etdi və  “Bilik yarışı” –nın iştirakçılarına uğurlar arzuladı.

Bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla 22 məktəbin şagirdləri iştirak etdilər. Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Qarayeri 1 saylı orta məktəb-liseyin  komandası I yerə, Alıuşağı kənd tam orta məktəbin komandası isə II yerə, İnstitut qəsəbə  tam orta məktəbin komandası isə III yerə layiq görüldü. Qalib gələn  üç komandadan II və III yeri qazanan məktəblərin komandalarına  Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu. I yeri qazanan komandanın hədiyyələri isə 28 May Respublika gününə həsr edilmiş geniş konfransda təqdim ediləcək.