26 may 2022 15:24
794

Ruslan Əliyev şəhid ailəsini ziyarət edib - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev 35 illik ömrünün 18 ilini Vətənin keşiyində durmaqla keçirən şəhid Aqşin Abdullayevin ailəsini ziyarət edib. Birlik rəhbəri ailənin qayğıları ilə maraqlanıb.

Ruslan Əliyev şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın, həmçinin Şəhid Aqşin Abdullayevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. Görüş zamanı Baş direktor şəhidin ailə üzvlərinin iş şəraiti ilə də yaxından tanış olub. Həmçinin bildirib ki, onların problem və qayğıları daim Birliyk rəhbərliyini diqqətində olacaq dır.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə «Azəriqaz» İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevə təşəkkür ediblər. «Bu cür qəhrəman övlad  böyütdüyünüz üçün mən sizə təşəkkür edirəm. Şəhid ailələrinin və qazilərin xidmətində durmaq, onların qayğıları ilə maraqlanmaq bizim borcumuzdur», - deyə Baş direktor bildirib.

Elçin Zaman, «İki sahil»