Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı “28 May: Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda yığıncaqları davam etdirir.
YAP Daşkəsən rayon təşkilatının İncəsənət məktəbi ərazi partiya təşkilatında “28 May: Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda yığıncaq keçirilib.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki,1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Qeyd olunub ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə öz suverenliyini qoruyub saxladı. Vurğulanıb ki, 30 ilə yaxın erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımızda bu gün abadlıq-yenidənqurma işləri uğurla həyata keçirilir. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur.
Yığıncaq iştirakçıları Prezident, YAP-ın Sədri İlham Əliyevin bundan sonrakı fəaliyyətində də yeni uğurların və nailiyyətlərin əldə olunacağına əminliklərini ifadə ediblər.
Cavid Əkbərov, «İki sahil»
“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq
“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb