Ötən gün ölkəmizdə aparılan 1 min 871 test nəticəsində məlum olub ki, 1 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 792 min 758-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 1 nəfərin ölməsi nəticəsində ölənlərin ümumi sayı 9 min 713 nəfərə yüksəlib.
Daha 4 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 782 min 996-ya yüksəlib.