29 may 2022 16:54
1005

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 27 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, “buster” doza ilə peyvənd olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 721 min 284, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 347 min 501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 848 min 699 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 279 min 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 245 min 644 nəfərdir.