Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika mətbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında 28 May- Müstəqillik Günü ilə bağlı “Multicultural Country of Islamic East – Democratic Azerbaijan” adlı məqaləsi dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə ölkəmizin Azərbaycan xalqının tarixində birliyi xatırladan ən parlaq səhifələrdən biri, eyni zaçanda müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümünü böyük coşqu ilə qeyd etməsi öz əksini tapmışdır.
Həmçinin məqalədə XX əsrin sonlarında Sovet imperiyasının dağılması ilə Azərbaycanın yenidən müstəqillik qazanması və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi, müasir tariximizin Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli özünüdərkin formalaşmasının təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması kimi xüsusi məqamlar da yer almışdır.
Millət vəkili, eyni zamanda Azərbaycanın çoxmədəniyyətli dəyərləri və tolerantlığı prioritet olaraq müəyyən etdiyini, habelə Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşada keçirilən "Xaribulbul" Musiqi Festivalı çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqilərinin "Azərbaycan musiqisindəki multikulturalizm" adı altında təqdim edilməsini qeyd etdi.
M.Əfəndiyev Azərbaycanın multikultural dəyərlərin inkişafına artıq bir əsrdən çox müddətdə töhfə verən ölkə kimi, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada sülhün, əmin-amanlığın qorunub saxlanılması, davamlı inkişafın təmin edilməsi üçün səylərini əsirgəmədiyini də xüsusi vurğuladı.
Həmin məqalə ilə bu linkdən istifadə edərək tanış ola bilərsiniz.
Prezident İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir