31 may 2022 16:33
591

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edib - FOTO

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib.

“İki sahil” Komitəyə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutmuş qəbulda Xaçmaz və Şabran rayonlarından olan vətəndaşlar iştirak edib.

Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həllini tapıb, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.