01 iyun 2022 10:35
863

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!"