01 iyun 2022 11:15
852

Şabranın yeni Baş Planı ilə bağlı fikir mübadiləsi aparılıb FOTO

Şabranın yeni Baş Planı rayon icra hakimiyyətinin başçısı, memarı və bələdiyyə sədrinin iştirakı ilə müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, şəhərin inkişafı istiqamətləri, onu təmin edəcək bütün qurumların fəaliyyətinin əlaqələndirilməsi zərurəti barədə ətraflı fikir mübadiləsi aparılıb.