01 iyun 2022 18:11
2380

Əli Kərimli siyasi maraqları naminə uşaqları istismar edir

Əli Kərimlinin “cəbhəsi” bir neçə qrupdan ibarətdir. Bu qruplardan biri də özlərini “cəbhəçi qadınlar” adlandıran 5-10 nəfər qadından ibarət olan “aksiya” truppasıdır. Təsəvvür edin, eyni adamlardır və hər dəfə küçədə şou göstərirlər. Hamısı   da siyasətdən bir qram anlayışı olmayan şəxslər. Davranışlarından əminliklə o qənaətə gəlmək olur ki, bu cəbhəçi qadınlar hər cəhddə münaqişə yaratmaq tapşırığı alıblar və bunun üçün hər vasitəyə əl atırlar. Leksikonları isə qarğış, təhqir və küçə sözlərindən ibarətdir. 5-10 manat qarşılğında küçədə hay-küy yaradan bu cəbhəçi qadınlar Əli Kərimliyə siyasi maraqlarına çatmaq istiqamətində vasitəçilik edirlər. Əli Kərimlini bunlarla və ya bunları Əli Kərimli ilə birləşdirən bircə məsələ var. Maddi maraqların təmin olunması! Maddi maraqlar toqquşduqda isə “xüsusi maddə” ilə prosesdən uzaqlaşdırılırlar. Partiyadan demirəm ha! Prosesdən! Çünki bunlarınkı partiya deyil!

Əli Kərimlinin qadınlardan ibarət olan bu aksiya truppası 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edərək bu gün  Milli Məclisin qarşısında “tamaşa göstərməyə” cəhdlər etdi. Öz aləmlərində qafiyələndirilmiş şüarları da vardı! Əli Kərimlinin siyasi maraqları naminə oynayan bu truppa bugünkü oyunlarında uşaqlardan da istifadə edirdilər. Tamaşanı axıra kimi oyanaya bilmək üçün uşaqları sipər etmişdilər. Əli Kərimlinin bu truppanın “xidmətlərindən” istifadə etməsi hər dəfə sübut edir ki, bu şəxs siyasi cılızlığın ən dərin qatlarındadır və 5-6 qadının ümidinə qalıb. Bu gün həmin qadınların isə öz siyasi oyunlarına uşaqları “alət etmək” cəhdləri isə cinayət tərkibli əməl hesab edilə bilər. Bir halda ki, burada uşaqlar siyasi məqsədlərlə istismar edilir. Bütün bunlara isə Əli Kərimli şəxsən məsuliyyət daşıyır.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı