02 iyun 2022 19:52
1093

Uşaqların hüquqlarının qorunması hər zaman prioritet vəzifədir FOTO

2 iyun 2022- ci il tarixində  Sumqayıt  şəhər 41 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı  tədbir keçirilib. Tədbirdə ilk olaraq torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Milli Məclisin deputatları Hicran xanım Hüseynova, Müşfiq Məmmədli, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə, Azərbaycan Qadın Sahibkarları İnkişaf Assosiasiyası İctimai Birliyinin nümayəndələri, Sumqayıt Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva, Sumqayıt Tibb mərkəzinin müavini Təranə Rəcəbli, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müavini Kazımov Fərman iştirak ediblər.

Məktəbdə uşaqlardan ibarət xor kollektivi çıxış edib, şeirlər söyləyib, musiqili kompozisiyalar göstəriblər.

Daha sonra Hicran Hüseynova çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bütün uşaqları təbrik edib, hər birinə xoş gələcək, sağlam həyat və düşüncə, təhsillərində müvəffəqiyyətlər arzulayıb. Dövlətimizin, Prezidentimizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman uşaqlara göstərdikləri diqqət və qayğını vurğulayıb, ölkəmizdəki uşaq hüquqlarının daima qorunduğunu bildirərək, uşaqların bizlərin gələcəyi olduğunu və bu gələcəyi ən gözəl və sağlam şəkildə yetişdirməli olduğumuzu bildirib.

Digər tədbir iştirakçıları da çıxış edərək uşaqları təbrik edib, uğurlar arzulayaıblar. Sonda uşaqlarış üçün nəzər tutulan bayram sovqatı paylanıb, xatirə şəkilləri çəkilib.