03 iyun 2022 11:37
1094

Bakıda 15 yaşlı qız itkin düşüb - FOTO

Bakıda 15 yaşlı qız itkin düşüb.

DİN-dən “İki sahil”ə verilən məlumata görə, paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib. Şəkildə gördüyünüz 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.