04 iyun 2022 17:37
844

Şuşa bizimdir

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunun mədəniyyət ocaqlarında, təhsil müəssisələrində “Şuşa ili” ilə  bağlı tədbirlər davam edir. İntıqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbdə təşkil olunan  növbəti belə tədbirə “Şuşa bizimdir” adı verilmişdi.  Məktəb rəhbərliyin,  müəllim kollektivin və valideynlərin qatıldığı tədbir Vətən yolunda canından keçən qəhrəmanların əziz xatirəsini  bir dəqiqəlik  sükutla anılmaqla başlandı. Məktəbin direktoru Astan İbişov, Şuşadan olan müəllim Sevinc Quliyeva və valideyn Abdul Əsgərov  çıxış edib 44 günlük Vətən müharibəsində Ali  Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, Şuşa şəhərinin tarixindən, mədəniyyətindən, eləcə onun  xalqımız üçün nə qədər böyük əhəmiyyət malik olduğundan  danışdılar.
Tədbirin  bədii hissəsi daha maraqlı alındı. Belə ki, şagirdlərin hazırladığı Xan qızı Natəvanın həyatına həsr olunmuş ədəbi bədii kompozisiya, onların  ifa etdiyi rəqslər, söylədiyi şerlər dəfələrlə alqışlandı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər  Birliyinin üzvü