Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 69 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 218, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 386, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 180 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 732 min 275, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 349 min 130, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 849 min 817 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 286 min 801, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 min 527 nəfərdir.