05 iyun 2022 16:21
1781

Xalq artisti Vidadi Həsənov və Belaruslu sənətşünas Olqa Klip Lənkəran teatrında olublar

İyunun 5-də Azərbaycanın tanınmış aktyoru, Xalq artisti, Prezident mükafatçısı Vidadi Həsənov və Belarus Respublikasından sənətşünas Olqa Klip Lənkəran Dövlət Dram Teatrında olublar. Bu sənət ocağının yaradıcılıq fəaliyyəti, mövcud şəraiti ilə yaxından tanış olan qonaqlar həmçinin gənc rejissor Tərlan Abdullayevin quruluşunda İlqar Fəhminin “Şahnamə” (“Qanlı namə”) pyesi əsasında hazırlanan tamaşanın məşq prosesini izləyiblər.

“İki sahil” xəbər verir ki, daha sonra teatrın yaradıcı kollektivi ilə görüşən V.Həsənov və O.Klip tamaşanın məşqləri barədə  fikirlərini söyləməklə bərabər məsləhətlərini veriblər.

Teatrın direktoru Tofiq Heydərov və aparıcı səhnə ustası, Xalq artisti, prezident təqaüdçüsü Qabil Quliyev kollektiv adından qonaqlara dəyərli fikirlərinə görə minnətdarlıqlarını çatdırıblar.

Sonda xatirə şəkli çəklib.