07 iyun 2022 13:11
1099

YAP Daşkəsən rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirib

7 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Mərkəzi Rayon Xəstəxanası və Qaz İstismar Sahəsi ərazi partiya təşkilatlarında yığıncaqlar keçiriib.

Hər iki ərazi partiya təşkilatında «Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir» mövzusunda  mühazirələr oxunub. Bildirilib ki, 4 iyun qiyamından sonra Azərbaycan xalqı üzünü öz liderinə çevirərək hakimiyyətə gəlməsini xahiş və tələb etdi. Məhşur «91-lər» xalqımızın adından Naxçıvan şəhərində getdilər və Ümummilli Lider razılıq verərək yenidən ölkə rəhbərliyinə gəldi.

Qeyd olunub ki, bu gün Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyev Ulu Öndərin siyasətini çox uğurla, layiqincə davam etdirir.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, partiyanın fəalları Elvin Əliyev və Aynur Mahmudova çıxış edərək Allahdan Ümummilli Liderə rəhmət diləyiblər. Onlar dövlətimizin bundan sonra da Prezident İlham Əliyevin liderliyi ilə uğurlar əldə edəcəyinə əmin olduqlarını bildiriblər.

Cavid Əkbərov, «İki sahil»