07 iyun 2022 14:35
685

Ağdaşda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib - FOTO

İyunun 7-də Ağdaş rayonunun Qaradeyin kəndində Vətən müharibəsi şəhidi Məsimov Əkbər Yunus oğlunun ildönümü mərasimi keçirilib.

Mərasimdə  Yeni Azərbayan Pariyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, YAP Ağdaş rayon təşkilatı sədri Əlişah Rəcəbov və partiya fəalları, Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb,  ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, Məsimov Əkbər Yunus oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif olunmuşdur.

Orxan Vahidoğlu, "İki sahil"