07 iyun 2022 16:11
869

YAP Yasamal rayon ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib - FOTO

YAP Yasamal rayon təşkilatının "H.Cavid pr. 113" ünvanında yerləşən (Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Aytəkin Əhmədova Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və institutun əməkdaşları iştirak edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələri dərin ehtiramla bir dəqiqəlik sükutla yad edildi. İclası giriş sözü ilə açan Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı qeyd edib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Az Çıxışlardan sonra H.Cavid pr. 113" ünvanında yerləşən (Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) ərazi partiya təşkilatının görülən işlər barədə hesabatı dinlənilib. Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Daha sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Afət Cavanşirova, sədr müavini isə Arzu İsmayılova seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər. Sonda təşkilati məsələlər barəsində fikir mübadiləsi aparılıb.