Bu gün Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyev Lerik rayonu Pirasora kəndində "Pirasora Zirvə İctimai Birliyi" və kənd sakinlərinin dəstəyi ilə yeni təmir olunan yola baxış keçirilib, eyni zaman da tikilməsi nəzərdə tutulan şəhidlərin kompleksinin yeri ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev kənd sakinlərinin göstərdikləri təşəbbüsü yüksək qiymətləndirərək gələcək işlərində uğurlar arzulayıb. Kənd sakinləridə öz növbəsində diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. İştirak edən kənd sakinləri Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyevin kənd sakinlərinə göstərdiyi diqqət və qayğıya görə bütün kənd sakinləri adından təşəkkür ediblər.