09 iyun 2022 14:47
722

Müşfiq Məmmədli seçicilərlə görüşüb - FOTO

Azərbaycan Respublikası Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb.

"İki sahil" xəbər verir ki, qəbula gələn vətəndaşlar məşğulluq, məhkəmə, sağlamlıq və s. mövzularla bağlı müraciət ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb, aidiyyəti qurumlara müraciət edilib.

Deputat Xızı rayonuna növbəti səfəri zamanı Qarabulaq kənd sakini fermer Maşallah İbrahimovla görüşüb.

Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Maşallah İbrahimov Qarabulağa çəkilən yeni yolun insanların həyatında mühüm rol oynadığını vurğulayaraq ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkür edib. Əslən Qubadlı rayonundan olan fermer ən böyük arzusunun işğaldan azad olunmuş doğma rayonunda fermerliklə məşğul olmaq olduğunu, 30 il Vətən həsrətinə son qoyulması ilə bu arzusunun tezliklə reallaşacağını səbrsizliklə gözlədiyini söyləyib.