Ötən gün Gəncədə avtomobilin vurularaq öldürdüyü şəxs ehtiyatda olan zabit olub.
“İki sahil” xəbər verir ki, yol qəzasında ölən 1982-ci il təvəllüdlü Şöhrət Namazov 2016-cı ilin aprel döyüşləri və Vətən müharibəsində iştirak edib. Polkovnik-leytenant Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılıb.
***
Gəncədə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, Röyal İsmayılov idarə etdiyi "KİA" markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Şöhrət Namazovu vurub.
Piyada xəstəxanaya aparılarkən keçinib.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.