09 iyun 2022 17:19
608

Belçikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir - FOTO

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərində səfərdədir.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Mişel Pitersman vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfir səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarını və sənaye müəssislərini ziyarət edəcək.