Azərbaycan-Fransa Ticarət Palatasının sədri Teybə Quliyeva "Şərəf Legionun Zabiti" dövlət ordeni ilə təltif olunub.
“İki sahil” xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross ordeni Azərbaycan-Fransa Ticarət Palatasının sədrinə təqdim edib.
Səfir çıxışında bildirib ki, təltifetmə mərasimi ən yaxşı zaman təsadüf edir. "Regionda sülh üçün real imkanlar yaranıb, Azərbaycanın güclü tərəfdaşlığı, dostları var, azad olunan ərazilərdə yenidən qurma işləri davam edir, Azərbaycanın enerji resurslarından gələn yüksək gəlirləri var".
Fransa səfiri Ticarət Palatasının iki ölkə arasında iqtisadi əməkdaşlığa verdiyi töhfələri qeyd edib və Ticarət Palatasının sədrinə fəaliyyətinə görə təşəkkür edib.
Daha sonra Teybə Quliyevə çıxış edib. O, bu yüksək mükafata görə, Fransa hökumətinə təşəkkür edib. Ticarət Palatasının sədri qeyd edib ki, iki ölkə arasında müxtəlif illərdə münasibətlərdə həssas məqamlar olsa da, ticarət əlaqələri inkişaf edən xətlə davam edib. "Ölkələrimiz arasında əlaqələr uzunmüddətli, əsaslı əlaqələrdir", - o vurğulayıb.