10 iyun 2022 13:04
640

Ağcabədidə “Media və hüquqi maarifləndirmə” mövzusunda konfrans keçirilib - FOTO

Ağcabədidə “Media və hüquqi maarifləndirmə” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfrans Ağcabədi rayon prokurorluğunun binasında Baş Prokurorluğun təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Baş Prokurorluğun, Ağcabədi rayon İcra Hakimiyyətinin yerli media qurumlarının, qeyri-hökumət təşkilatları və yerli bələdiyyə nümayəndələri iştirak edib.

Tədbir Ümummilli lider Heydər Əliyevin və torpaqların bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Ağcabədi rayon prokuroru Vüqar Hacıyev konfrans iştirakçılarını prokurorluğun inzibati binasında yaradılan iş şəraiti ilə tanış edib. Tədbirdə çıxışlarda ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları barədə məlumat verilib. Bildirilib ki, bu gün dünya əhalisinin ümumilikdə 36 %-i xəbərləri sosial şəbəkələrdən, 17%-i isə mətbuatdan izləyir. Sosial şəbəkələrdə yayılan xəbərlər isə bəzən həqiqəti əks etdirmir. Bu səbəbdən də ictimaiyyət inanılmış media qurumlarını oxumağa çalışır. Ona görə də oxucularda, tamaşaçılarda çaşqınlıq yaratmamaq üçün hər bir mətbuat işçisi əldə etdiyi informasiyanı mütləq rəsmi qurumlarla əlaqə saxlayaraq dəqiqləşdirib, sonra yaymalıdır.

Konfransda dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.