11 iyun 2022 12:45
999

Masallıda “Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa keçirilib

 Ulu Öndər, dahi şəxsiyyət, Türk dünyasının böyük oğlu Heydər Əliyevə xalq məhəbbəti tükənməzdir. Bu  qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən silsilə tədbirlərdə  də özünü çox aydın şəkildə göstərir. Belə tədbirlərin davamı kimi Masallı rayon Heydər Əliyev Mərkəzində  təşkil olunan “ Heydər Əliyev dühası” mövzusunda dəyirmi masa da maraqlı alındı.

 Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda  şəhid olan  qəhrəman oğlanların  xatirəsi bir dəqiqəlik sükutla yad olunandan  sonra  Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edib bildirdi ki,  Azərbaycanın dövlətçilik ənənələrinin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.   Bu  dünya səviyyəli  liderin yaratdığı   dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələr əvəzsizdir. 

  Təbirdə  15 iyun-  Milli Qurtuluş Günündə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında   bəhs edən  Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə  həm də, onun siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən quruculuq  işlərdən,  eləcə siyasi kursunun bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ordumuzun qazandığı  şanlı qələbənin sevincindən    geniş şəkildə söhbət  açdı.

Dəyirmi masa Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxın nümayiş  ilə tamamlandı.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü