11 iyun 2022 12:54
937

Hacıqabulda iməclik keçirilib

15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Hacıqabul rayonunda silsilə tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 11 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü ərəfəsində iməclik təşkil olundu.

İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarda çalışan partiya fəalları iştirak edirdilər. Hacıqabul şəhərinin İ.Qayıbov küçəsi və Dədə Qorqud parkında abadlıq və təmizlik işləri görüldü, ağac və kollar əhəngləndi, yaşıllıq zolaqları alaq otlarından təmizləndi.