Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərinin növbəti qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, görüş zaman millət vəkili vətəndaşları fərdi qaydada qəbul edib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, məişət problemləri, təhsil və işlə təminat kimi məsələlərlə müraciət ediblər.
Səsləndirilən problemlərə diqqətlə yanaşan Naqif Həmzəyev qeyd edib ki, qaldırılan bütün məsələlər araşdırılaraq, nəzarətdə saxlanılacaq.
Qəbul zamanı millət vəkili Naqif Həmzəyev vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara məlumat veriləcəyini diqqətə çatdırıb.
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ başlayır