Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 1818 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.